Epşteyn sənədləri texnologiya nəhənglərini silkələdi: Çoxlarının adı var

03.02.2026

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Texnologiya dünyasının Elon Musk və Bill Gates kimi tanınmış simalarının adlarının hallandığı Epşteyn sənədlərində “pandemiya simulyasiyası” və Karib adalarına səfər planlaşdırılması da daxil olmaqla geniş mövzuları əhatə edən elektron poçt yazışmaları üzə çıxıb.

Turkustan.az xəbər verir ki, ABŞ-da yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsi idarə etmək ittihamı ilə həbs edilən, məhkəmə prosesi davam edərkən isə həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynlə bağlı açıqlanan yeni sənədlərdə bir sıra texnologiya şirkəti rəhbərlərinin adları yer alır.

ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlərdə adı çəkilən diqqətçəkən texnologiya liderlərindən biri Platform X-in sahibi və Tesla-nın baş direktoru Elon Muskdır. Sənədlərə görə, Musk Epşteynə məxsus Karib dənizindəki adalara səfər təşkil etmək məqsədilə Ceffri Epşteynlə yazışmalar aparıb.

CNN-in Ədliyyə Nazirliyinin açıqladığı sənədlərə istinadən verdiyi məlumata görə, Musk 13 dekabr 2013-cü ildə Epşteynə göndərdiyi elektron poçtda “Bayram günlərində Britaniya Vircin Adaları və ya Sent-Bart bölgəsində olacağam. Ziyarət üçün uyğun vaxt varmı?” ifadələrini işlədib.

Epşteyn iki gün sonra cavabında Yeni ilin əvvəlində görüşməyin uyğun olacağını bildirərək yazıb: “1–8 yanvar tarixləri arasında istənilən gün mümkündür. Vəziyyətə görə qərar verin. Sizin üçün həmişə yer var.” Digər bir elektron poçtda isə Epşteyn “Yeni ildən sonra yanvarın 2-si və ya 3-ü mükəmməl olardı. Mən gəlib səni götürərəm” deyə qeyd edib.

Musk cavabında Yeni ildən sonra 2 yanvar gecəsi Los-Ancelesə qayıtmalı olduğunu bildirib, lakin Epşteyndən “2 yanvarda adaya nə vaxt çatmalıyıq?” deyə soruşaraq səfərini bir gün gecikdirə biləcəyini də vurğulayıb.

CNN-in məlumatına görə, yazışmalardan Muskun adaya səfəri reallaşdırıb-reallaşdırmadığı dəqiq məlum deyil. Bununla belə, sənədlərin iki şəxs arasında indiyədək açıqlanmamış ünsiyyət səviyyəsini ortaya qoyduğu bildirilir.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью