Epşteyn sənədlərində adı hallanan bu şəxs istefa verir

13.02.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin böyük banklarından “Goldman Sachs”ın hüquqşünaslarından Kathi Ruemmler, son yayımlanan Epşteyn sənədlərində adının keçməsindən sonra istefa verəcəyini açıqladı.

"Cebheinfo.az" xəbər verir ki, Financial Times-ın xəbərinə görə, ABŞ-nin sabiq prezidentlərindən Barak Obamanın keçmiş Ağ Ev müşaviri kimi də çalışmış Ruemmler, 30 iyun tarixi ilə “Goldman Sachs”dakı vəzifəsini tərk etmək qərarına gəlib.

Ruemmler jurnalistlərə verdiyi açıqlamada, Epşteynlə tanış olmağından peşman olduğunu bildirdi.

“Goldman Sachs”ın baş direktoru David Solomon isə açıqlamasında deyib:

“O, hər birimizin dostu oldu və darıxılacaq. Onun istefasını qəbul edirəm və qərarına hörmətlə yanaşıram”.Sənədlərdə Ruemmlerin 2018-ci ildə Epşteynə “Ceffri əmi” deyə müraciət etdiyi və 2014-2019-cu illərdə onunla yazışmalar etdiyi göstərilmişdi.

Bundan əlavə, Ruemmlerin Epşteyndən bahalı çantalar və kürk palto aldığı, bunun isə Epşteynin 2008-ci ildə həbs olunmasından və seksual təcavüzkar olaraq bilinməsindən sonra baş verdiyi ortaya çıxmışdı.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью