Epşteynə Kəbənin örtüyü də göndərilib

02.02.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Kəbənin örtüyünün parçaları azyaşlıların cinsi istismarında ittiham olunan maliyyəçi Ceffri Epşteynə göndərilib.

Axar.az xəbər verir ki, bu barədə “Epşteyn işi”ndə yer alan sənədlərdə qeyd olunub.

Məlumata görə, Kəbənin örtüyünün parçaları Epşteynə göndərilib və bunun dini önəmi e-poçt vasitəsilə açıqlanıb.

Bildirilib ki, parçalar BƏƏ-də yaşayan Əzizə Əl-Əhmədi adlı Səudiyyə Ərəbistanı vətəndaşı tərəfindən göndərilib.

Qadın 2017-ci ilin 22 martında göndərdiyi elektron məktubda parçaya təvah zamanı ən azı 10 milyon müsəlmanın toxunduğunu və duaları, göz yaşları və ümidləri daşıdığını bildirib.

Qeyd edək ki, Məkkənin örtüyü hər il Hicri təqvimlə Məhərrəm ayının 1-də yenilənir. Məkkədə xüsusi fabrikdə 800 kq-dan artıq saf ipəkdən istehsal olunan örtüyün üzəri qızıl və gümüş saplarla yazılır.

Çıxarılan örtük isə hissələrə bölünərək, müxtəlif beynəlxalq təşkilatlara və ölkələrə göndərilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью