Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-li qalmaqallı maliyyəçi-pedofil Ceffri Epşteynin işi ilə bağlı açıqlanan materiallar iyrənc təsir bağışlayır.
Redaktor.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Sputnik" radiosunun efirində bildirib.
“Hazırda çox yumşaq ifadə edirəm, bunlar insanda fizioloji olaraq ürəkbulanma yaradır. Yəni anladım ki, artıq davam edə bilmirəm. Müəyyən vaxt ərzində, şərti olaraq 15 dəqiqəyə, bəlkə də yalnız bir materialı, bir məlumatı oxuya bilirəm. Mən bir insan kimi başa düşürəm ki, bunun da bir həddi var”, – deyə Zaxarova qeyd edib.
XİN rəsmisi əlavə edib ki, cinayətlərin miqyasını dərk etmək üçün onun mənəvi gücü çatmır, çünki bu hadisələrin “sonu və hər hansı məhdudiyyəti belə görünmür”. Zaxarova Epşteyn işi üzrə mövcud materialları “aysberqin yalnız zirvəsindəki kiçik bir qar dənəsi” adlandırıb.
Aytəkin TOFİQQIZI