GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Pedofiliya, insan alveri və digər bir sıra cinayətlər ittiham edilərək həbs olunan, 2019-cu ildə saxlanıldığı kamerada cəsədi tapılan və intihar etdiyi bildirilən keçmiş amerikalı biznesmen Ceffri Epşteynin yeni görüntüləri yayılıb.
Globalinfo.az xəbər verir ki, “Nyu York Post” biznesmenin 2019-cu il avqustun 10-u səhər saatlarında özünü asdığını yazıb.
Kameraya gələn nəzarətçilər asılmış halda tapıblar və dərhal təcili yardım çağırıblar. Epstein təcili tibbi yardım avtomobilinə aparılıb, xəstəxanaya çatdırıldığı müddətdə həkimlər onun həyatını xilas etməyə çalışsalar da, bu, mümkün olmayıb.
Nəzarətçilərdən biri həmin anların fotosunu çəkib. Son olaraq “Epşteyn işi” çərçivəsində açıqlanan sənədlər arasında bu fotolar da ortaya çıxıb.
Fotolarda onun boğazında qırmızı ip izi görünür. Nəşr yazır ki, ölümündən bir gün əvvəl – 9 avqustda biznesmen məhkəməyə çıxarılıb. Həbsxana zabitlərindən biri ifadəsində qeyd edib ki, həmin gün günortadan sonra Epşteynin kamera yoldaşı da gedib. Bu səbəbdən onun vəkili ilə görüşdən sonra yeni kamera yoldaşına ehtiyacının olacağı deyilib.
9 avqust gününün axşamı biznesmen naməlum şəxsə telefon zəngi edib və 20 dəqiqə danışıb. Ertəsi gün səhər saat 06:33-də həbsxanada siqnalizasiya işə salınıb və Epşteynin intihar anonsu verilib.
Epşteyn təcili tibb yardım gələndə ölüb, buna rəğmən, həkimlər xəstəxanaya çatana kimi onu həyata qaytarmağa çalışıblar. Amma bu, mümkün olmayıb və səhər saat 07:36-da ölümü təsdiqlənib.
Əliyar Xəlil
Globalinfo.az