Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Baş prokurorunun müavini Todd Blanşın Epşteyn istintaqı ilə bağlı 3 milyondan çox yeni sənədin ictimaiyyətə açıqlandığını açıqlamasından sonra sənədlərdən müxtəlif detallar ortaya çıxıb.
Turkustan.az xəbər verir ki, “Wall Street Journal” (WSJ) qəzetinin məlumatına görə, sənədlərdəki 47 qurbanın adlarının dünənki araşdırması nəticəsində məlum olub ki, bu adlardan 43-ü senzuradan keçirilməyib.
Bir çox qadının tam adlarının yüzlərlə dəfə qeyd olunduğu sənədlərdə, həmçinin zorakılıq zamanı yetkinlik yaşına çatmayan 20-dən çox qurbanın adları da yer alıb. Bildirilib ki, sənədlərdə tam adlarından əlavə, bəzi qurbanların ev ünvanları da tapılıb.
Rəsmilər Nazirliyin sənədləri açıqlamazdan əvvəl qurbanların adlarını gizlətmək üçün çalışdığını və bu şəxslərlə bağlı yeni tədbirlər görmək məqsədilə sənədlərin müvəqqəti olaraq gizlədildiyini bildirdilər.
Ən kiçiyi 14 yaşında olan, 18 yaşından kiçik onlarla qıza cinsi istismar etməkdə və fahişəlik şəbəkəsi idarə etməkdə ittiham olunan Epşteyn 10 avqust 2019-cu ildə Nyu-York Manhetten Metropolitan Mərkəzi Həbsxanasındakı kamerasında ölü tapılıb.
Açıqlanan Epşteynin işi sənədlərində Şahzadə Endryu, ABŞ prezidenti Donald Tramp, ABŞ-ın keçmiş prezidenti Bill Klinton, İsrailin keçmiş baş naziri Ehud Barak, ABŞ-ın keçmiş vitse-prezidenti Al Qor, aktyor Kevin Speysi, müğənni Maykl Cekson, illüzionist Devid Kopperfild, vəkil Alan Derşovitz və Nyu Meksiko ştatının keçmiş qubernatoru Bill Riçardson kimi məşhur adlar yer alıb.
ABŞ Federal Təhqiqat Bürosu (FTB) ABŞ Ədliyyə Nazirliyi ilə apardığı araşdırmadan sonra məşhur adların yer aldığı "müştəri siyahısı"na dair heç bir dəlil tapmadıqlarını və hökumət rəsmiləri, məşhurlar və iş adamları ilə bağlı cinayətlərdə iştirakının ört-basdır edilməsi məqsədilə öldürüldüyü iddia edilən Epşteynin əslində öz kamerasında intihar etdiyi qənaətinə gəldiklərini açıqladı.
Aytən Yaşar/ Turkustan.az