Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
ABŞ Ədliyyə Nazirliyi (DOJ) Ceffri Epşteyn işi ilə bağlı minlərlə sənədi rəsmi saytından çıxarıb.
Məlumata görə, buna səbəb sənədlərdə aparılan səhv redaktələr nəticəsində zərərçəkənlərin bir hissəsinin şəxsiyyətinin ifşa olunmasıdır. Vəkillər bildiriblər ki, yayımlanan materiallarda buraxılan texniki səhvlər üzündən hazırda sağ olan təxminən 100 nəfərin kimliyi üzə çıxıb və bu, onların şəxsi həyatına ciddi zərbə vurub.
DOJ məsələ ilə bağlı açıqlamasında bütün aidiyyəti faylların silindiyini bildirib. Qurum qeyd edib ki, yaranmış vəziyyət həm texniki nasazlıqlar, həm də bəzi şəxslərin məsuliyyətsiz davranışı ilə əlaqədardır.
Xatırladaq ki, maliyyəçi Ceffri Epşteyn 2019-cu il iyulun 6-da Nyu-Yorkda saxlanılıb. Prokurorların məlumatına görə, o, 2002–2005-ci illərdə Manhettendəki evində ən azı 14 yaşı olan azyaşlı qızların cəlb edildiyi görüşlər təşkil edib. Bu görüşlərdə ABŞ və digər ölkələrdən olan tanınmış məmurlar, sabiq dövlət başçıları, iri biznes nümayəndələri və şou-biznes ulduzlarının iştirak etdiyi iddia olunurdu. Epşteynin barəsində aparılan cinayət təqibi isə 2019-cu il avqustun 10-da onun həbsxana kamerasında ölü tapılmasından sonra dayandırılıb.
"AzPolitika.info"