GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Epşteynlə bağlı Qərb KİV-in yaydığı iddialar ciddi qəbul edilə bilməz”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov pedofil Ceffri Epşteynin fəaliyyətinin arxasında rus xüsusi xidmət orqanlarının olması iddialarına cavab verərkən deyib.
“Belə nəzəriyyələrə insanın sadəcə gülməyi gəlir. Gəlin, bu məsələ ilə vaxt itirməyək”, – o bildirib.
Qeyd edək ki, bir qədər əvvəl Britaniyanın “Daily Mail” Epşteynin Rusiya kəşfiyyat orqanları ilə əlaqələrə malik ola biləcəyi haqda məqalə dərc edib.
Safura Bənnayeva
Globalinfo.az