Əqli mülkiyyətin qeyri maddi aktivlərinə investisiyalar artıb | Icma.az
Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
AzVision.az xəbər verir ki, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə keçirilən tədbirdə belə deyib.
Onun sözlərinə görə, dünya üzrə verilən patentlərin üçdə bir hissəsi rəqəmli texnologiyalara aiddir və generativ süni intellektə əsaslanan patentlər güclü artım nümayiş etdirir.
Nəticədə innovasiyalar inkişaf edirlər, dəyişirlər və sənaye innovasiyalarla birləşirlər.
Üstəlik aparat və proqram təminatı arasındakı fərq, sərhəd silinir. “Bununla belə, kitablara və müəlliflik hüququna olan hörmət azalmır.
Belə ki, dərc olunan və milli depozitariyalarda deponə olunan kitabların dünya miqyasında sayı 2,5 milyona yaxındır.
2021-ci ildə 2,41 milyon ədəd kitabdan Avropanın payı 53,5 faiz, Asiya 35 faiz, Şimali Amerika 8,8 faiz, Latın Amerika, Karib hövzəsi və Okeaniya – 2,7 faiz olub.
Ən çox kitabların sayı Çin, Almaniya, ABŞ, Britaniya, Yaponiya və Koreya ölkələrindədir”, - Agentliyin rəhbəri vurğulayıb.
Tam oxu
Xəbəri oxu