Eqnatiya millimizin futbolçusunu icarəyə göndərir

03.02.2025

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan millisinin futbolçusu Zamiq Əliyev klubunu dəyişir. Sport24.az-a verilən məlumata görə, Albaniyanın "Eqnatiya" klubu 23 yaşlı müdafiəçini icarəyə verəcək.

Yığma üzvü son vaxtlar komandasında az forma şansı əldə edib. Klubun adını dəqiqləşdirə bilməsək də, danışıqlar yekunlaşmaq üzrədir. "Eqnatiya"nın bunu qısa zamanda açıqlayacağı gözlənilir.

Qeyd edək ki, "Eqnatiya" hazırda 42 xalla çempionatda liderdir. Zamiq Əliyev cari mövsüm 19 matçda 1176 dəqiqə meydanda olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью