Ər arvad arasındakı mübahisə cinayətlə nəticələndi

28.11.2025

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Quba rayonunda ər-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin avqustun 13-də rayonun kəndlərindən birində baş verib. 192-ci il təvəllüdlü Xəlil yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı arvadı Süsənin (adlar şərtidir – red.) üz nahiyyəsindən yumruq zərbəsi ilə və sol ayaq nahiyyəsindən təpiklə vurub. 
Hadisəni törədən Xəlilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Süsən ilə 13 ildir ailə həyatı qurub, birgə nikahlarından iki övladları var: “Arvadım ilə son zamanlar aramızda mübahisələr yaranıb. Hadisə günü, saat 19 radələrində yaşadığımız evdə olduğumuz zaman Süsən ilə aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbləşərək onun baş və sol ayaq nahiyyəsindən yumruq, təpik zərbələri ilə vuraraq ona xəsarət yetirdim”. 
Bu işə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum  olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən zərərçəkmiş ona qarşı şikayətini geri götürüb. 
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirlçəndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью