Ər arvad bütün gecəni meşədə ayı ilə qaçdı tutdu OYNADI

24.09.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Rusiyada ayların insanlara hücumu artıq intensiv hal alıb, bu hücumlar nəticəsində ölənlərin sayı artır. 

Növbəti hadisə Priozersk rayonundakı meşədə bir cütlüklə ayının qarşılaşması zamanı baş verib. Ər-arvad Kommunarı kəndi yaxınlığındakı kolluqda gözlənilmədən bir ayı ilə qarşılaşıblar.

“Cebheinfo.az” xəbər verir ki, beləliklə, Leninqrad vilayətinin iki sakini bütün gecəni meşədə keçirməli olublar. 

Leninqrad vilayətinin təcili xilasetmə xidmətinin məlumatına görə, onlar ayıdan qaçarkən azıblar.

23 sentyabr axşamı xilasetmə xidmətinə həyəcan siqnalı daxil olub. İtkin düşmüş cütlüyü axtarmaq üçün Priozersk şəhərindən növbətçi xilasedicilər qrupu göndərilib və onlara "Otklik" (Cavab) dəstəsinin könüllüləri qoşulub. Onlar bir neçə saat qaranlıq meşədə axtarış aparıblar. Üşümüş və qorxmuş insanlar yalnız 24 sentyabr səhəri tapılıb. 

Xoşbəxtlikdən, ayı onları təqib etməyib. Xilasedicilər qurbanları kolluqdan sağ-salamat çıxarıblar və dərhal narahat qohumlarına təhvil veriblər.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью