Icma.az, Medicina portalına istinadən məlumat verir.
Adriana və Leonardo 19 ildir evlidir və birlikdə bir qız uşağı böyüdürlər. Lakin bu yaxınlarda düşündüklərindən daha çox ortaq cəhətlərinin olduğunu müşahidə etdikdə dəhşətli faktın üstünü açdılar.
Medicina.az xəbər verir ki, Braziliyanın San Paulo şəhəri sakinləri anasız böyüyüblər və uşaqlıq xatirələrini bölüşərək hər ikisinin yetim olmasına təəccübləniblər. Üstəlik, hər ikisinin anasının adı Mariya idi.
Adriana və Leonardo hətta bu təsadüfü əyləncəli hesab etdilər. Lakin bütün əyləncə Adriana bioloji anasını tapmaq qərarına gəldikdə başa çatdı. O, bu qadını tapanda məlum oldu ki, Mariya təkcə Adriananın deyil, həm də Leonardonun anası oldu. Bir sözlə, əslində qardaş və bacıdırlar.
Lakin onlar çox düşünərək, heç nəyi dəyişdirməməyə və birlikdə qalmağa qərar verdilər. Adriana hətta əlavə etdi ki, anasını bağışlamaq üçün güc tapıb, baxmayaraq ki, Leonardo buna razı deyil.
Onların bu münasibətə nə qədər dözəcəyi zaman məsələsidir.
Aygün Musayeva