Ər arvaddan biri pis yatırsa: Digərinin yeməyi pisləşir MARAQLI ARAŞDIRMA

18.09.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Bir partnyorun zəif yuxusu təkcə onun öz yemək vərdişləri ilə deyil, həm də digər partnyorun sağlam qidalanma vərdişlərinə təsir edir. 

“Cebheinfo.az” xəbər verir ki, bu, Kanadadakı Konkordiya Universitetinin tədqiqatçılarının birlikdə yaşayan 204  cütlüyü araşdıraraq əldə etdiyi nəticədir. 

Nəticələr “Annals of Behavioral Medicine” jurnalında dərc edilib.
Tədqiqatçılar yuxusu zəif olan insanların sağlam pəhriz saxlamaq üçün daha az səy göstərdiklərini aşkar ediblər. Bununla belə, partnyorların özləri yaxşı yatsalar belə, oxşar bir əlaqə onların partnyorlarında müşahidə edilib.

Alimlərin fikrincə, mümkün səbəblərdən biri az yatan insanların yüksək kalorili və xüsusilə cəlbedici qidaları seçib partnyorlarına təklif etmə ehtimalının daha yüksək olmasıdır. Bundan əlavə, birlikdə yaşayan cütlüklər eyni yeməkləri yeməyə və evdə ortaq yemək rejimi qurmağa meyillidirlər.

"Yuxusuz olan partnyora sahib insanlar əslində sağlam pəhriz saxlamaq qabiliyyətinə malik olmur və ya buna daha az səy göstərirlər ", - deyə Konkordiya Universitetinin Psixologiya kafedrasının professoru və tədqiqatın müəlliflərindən biri olan Jan-Filip Gouin izah edib.

Tədqiqatda orta yaşı 42 olan 204 cütlük - ümumilikdə 408 nəfər iştirak edib. Hər cütlükdən ən azı bir nəfər artıq çəkili olub. İştirakçıların təxminən 96%-i pəhrizini dəyişdirməyə çalışdıqlarını bildirib.

İştirakçılar üç ay ərzində izlənilib. Onlar tədqiqatın əvvəlində, bir ay və üç ay sonra yuxu keyfiyyəti,  pəhriz haqqında anketləri doldurublar. Bundan əlavə, ilk iki həftə ərzində iştirakçılar sağlam pəhriz saxlamaq üçün gündəlik səylərini qeyd ediblər.

Orta hesabla, iştirakçıların pəhrizinin keyfiyyəti tədqiqat müddətində bir qədər yaxşılaşıb, yuxu keyfiyyətləri isə əhəmiyyətli dərəcədə dəyişməyib. Qadınlar kişilərə nisbətən daha sağlam qidalandıqlarını və sağlam vərdişləri qorumaq üçün daha çox səy göstərdiklərini bildiriblər. 

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью