Icma.az bildirir, Demokrat.az portalına istinadən.
Bakının Xəzər rayonunda ər-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Şağan qəsəbəsində baş verib.
Cəlilabad rayon sakini, 1999-cu il təvəllüdlü Əmir ailə münaqişəsi zəminində həyat yoldaşı Samirə (adlar şərtidir - red.) kirayə yaşadığı evdə mübahisə edib. Onların arasında mübahisə qısqanclıq zəminində baş verib. Cütlüyün arasında qısqanclıqdan yaranan mübahisə dava ilə nəticələnib. Nəticədə Əmir arvadını döyərək, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Fakt üzrə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Xəzər Rayon Məhkəməsində aparılan araşdırma zamanı ər-arvad arasında barışıq olub. Qadın əri ilə barışmasını, ona qarşı şikayətinin olmaması barədə məhkəməyə sənəd təqdim ediblər. Bu səbəbdən də hakim hökm çıxaran zaman bu halları nəzərə alıb.
Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Şağan qəsəbəsində baş verib.