Ər həyat yoldaşını qətlə yetirdi

22.12.2024

Icma.az, Publika.az portalına istinadən məlumat yayır.

Ağstafada ər həyat yoldaşını qətlə yetirib.

Publika.az xəbər verir ki, hadisə Ağstafada küçələrin birində qeydə alınıb. Məlumata görə, hadisəni törətməkdə Vurğun qəsəbə sakini 23 yaşlı İlyas Qədimov şübhəli bilinir. Onun həyat yoldaşı 18 yaşlı Mədinə Qədimova aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью