Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsmayıllıda aşan avtomobildə yanğın baş verdi, sərnişin həyatını itirdi.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, ötən gün saat 22:30 radələrində Qəbələ rayon sakini İlkin Abdullazadə idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsilə Qaraməryəm- İsmayıllı-Şəki avtomobil yolunda hərəkətdə olarkən idarəetməni itirərək aşıb. Yol kənarına düşən avtomobildə yanğın baş verib.
Qəza nəticəsində avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı Münəvvər Abdullazadə hadisə yerində həyatını itirib.
Əraziyə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
***
İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az APA-ya istinadla xəbər verir ki, ötən gecə saat 22 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində avtomobilin sürücüsü, 33 yaşlı İlkin Abdullazadə xəsarət alıb, sərnişini, 31 yaşlı Münəvvər Abdullazadə isə ölüb.
Faktla bağlı araşdırma aparılır.