Ər Riyad görüşünün detalları: Ayrı ayrı otaqlarda... Kelloq

21.03.2025

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

“ABŞ bu həftə Səudiyyə Ərəbistanında Rusiya və Ukrayna nümayəndə heyətləri arasında dolayı danışıqlar təşkil edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

“Ruslar və ukraynalılar ayrı otaqlarda olacaq. Amerikalılar da münaqişə tərəfləri arasında vasitəçi rolu oynayacaq. İclasda ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Maykl Vals, dövlət katibi Marko Rubio və ABŞ-ın siyasi planlaşdırma direktoru Maykl Anton iştirak edəcək”, – deyə Kelloq bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətlərinin martın 24-də Ər-Riyadda görüşəcəyini təsdiqləyib.

Günay Rəsulqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью