Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Ərəb koalisiyası qüvvələri Ər-Riyad üzərində daha bir pilotsuz uçuş aparatını (PUA) məhv edib.
"Report"un məlumatına görə, bu barədə koalisiyanın nümayəndəsi Turki əl-Maliki xəbər verib.
"Ər-Riyad yaxınlığında bir pilotsuz uçuş aparatını ələ keçirərək məhv edilib", - Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın nümayəndəsinin açıqlamasında deyilir.
Vurulan pilotsuz uçuş aparatı Ər-Riyad səmasında gecə ərzində tutulub saxlanılan ikinci hava hədəfi olub.