Ər Riyad üzərində husilərin atdığı raket ələ keçirilib

12.10.2026

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) tərəfindən Ər-Riyad istiqamətində buraxılmış ballistik raketi ələ keçirərək məhv edib.

Moderator.az xəbər verir ki, bu barədə Səudiyyə Mətbuat Agentliyi koalisiyanın bəyanatına istinadən məlumat yayıb.

Daha sonra Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi şəhər sakinlərini təhlükəsizlik üzrə rəsmi təlimatlara riayət etməyə, insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmağa və foto-video çəkilişlərindən çəkinməyə çağırıb.

Daha əvvəl Səudiyyə Ərəbistanının Fövqəladə Hallar üzrə Erkən Xəbərdarlıq Milli Platforması Ər-Riyad sakinlərinə potensial təhlükə barədə bildiriş göndərib.

Mümkün dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью