Ər Riyada göndərilən PUA vuruldu

22.11.2026

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkə.az xəbər verir ki, bu barədə koalisiyanın sözçüsü, briqada generalı Türki əl-Maliki “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, husilər tərəfindən Ər-Riyada göndərilən PUA aşkar edilərək məhv edilib.

Bundan əvvəl koalisiya husilərin Səudiyyə Ərəbistanının paytaxtına atdığı üç ballistik raketin də zərərsizləşdirildiyini açıqlamışdı.

Qeyd edək ki, Yəməndə böhran husilərin 2014-cü ilin sentyabrında paytaxt Səna və ölkənin bir sıra ərazilərinə nəzarəti ələ keçirməsindən sonra dərinləşib. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası 2015-ci ilin martından beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinə dəstək verməyə başlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью