Ər Riyadda ballistik raketin qəlpələri 4 əcnəbini yaralayıb

19.03.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Qahirə, 19 mart, AZƏRTAC

Ər-Riyad şəhərinin səmasında zərərsizləşdirilmiş ballistik raketin qəlpələrinin yaşayış məntəqəsinə düşməsi nəticəsində dörd əcnəbi yaralanıb.

AZƏRTAC xəbər verir ki, bunu Səudiyyə Mülki Müdafiə Xidmətinin sözçüsü bildirib.

Sözçü vurğulayıb ki, mülki obyektlərin hədəfə alınması cəhdləri beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasıdır.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью