Ər Riyadda hava limanına zərbə endirildi

04.11.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Yəmənin şimalına nəzarət edən “Ənsar Allah” hərəkatı (husilər) Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücum edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda husilərin sözçüsü Yəhya Sariya “Əl-Məsirə” telekanalına bildirib

O bəyan edib ki, zərbə ballistik raket vasitəsilə endirilib və nəticədə hava limanının terminalına ciddi ziyan dəyib.

O, həmçinin xəbərdarlıq edib ki, Kral Xalid Beynəlxalq Hava Limanı artıq təhlükəsiz deyil, çünki o, hərəkat üçün hərbi hədəfə çevrilib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью