Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkə.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
"Ər-Riyadda maliyyə mərkəzinin qüllələrindən biri husi silahlıları tərəfindən terror hücumuna məruz qalıb, nəticədə 11 nəfər yaralanıb", - məlumatda bildirilib.
Daha əvvəl Səudiyyə Ərəbistanının rəhbərliyi altında husilərə qarşı döyüş əməliyyatları aparan koalisiya Ər-Riyadın maliyyə rayonundakı göydələnin terror hücumunun hədəfi olduğunu bildirmişdi.