“Ər Riyaddakı danışıqlar o qədər də səmərəli olmayıb” Karasin

28.03.2025

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ər-Riyaddakı danışıqlar o qədər də məhsuldar olmayıb.

“Report” Rusiya KİV-ə istinadən xəbər verib ki, bunu Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Qriqori Karasin bildirib.

"İlk görüşdə hansısa sıçrayışlı nəticələr gözləmək sadəlövhlükdür", - o qeyd edib. Komitə sədri əlavə edib ki, görüşdə Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracı üçün limanlara çıxışı və “Rosselxozbank”ın SWIFT-ə qoşulması müzakirə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью