Ər Riyaddan qayıdan Lavrov dərhal Türkiyəyə gedir SƏBƏB KONKRET

21.02.2025

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bir neçə gün əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Ankaraya səfər edib və Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla görüşüb.

KONKRET.az xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər və əsasən də Ukraynanın təhlükəsizlik məsələsi müzakirə olunub.

Hətta bəzi Qərb analtiklətləri Ukraynanın Türkiyənin çətiri altına sığınacağını ehtimal edir. Ərdoğan-Zelenski görüşü ilə paralel Ər-Riyadda Rusiya və ABŞ rəsmiləri bəzi məslələri müzakirə ediblər.

Bu arada Səudiyyə Ərəbistanından qayıdan Rusiyanın xarici işlər naziri Sergey Lavrov yeni səfərə hazırlaşır. Rusiya diplomatiyasının rəhbəri fevralın 24-də Türkiyəyə səfər etməyi planlaşdırır. Ukrayna prezidentinin səfərindən dərhal sonra Türkiyəyə getmək arzusu Ərdoğanın bəzi məsələlərdə prinsipal mövqe tutmasıyla bağlıdır.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью