Əraqçi ABŞ a şərt qoydu: Ya müharibə olacaq, ya da...

08.04.2026

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-la bağlı açıqlama verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb. O mövcud vəziyyətdə əsas qərarverici tərəf ABŞ-dır və bundan sonrakı proseslərin istiqaməti Vaşinqtonun atacağı addımlardan asılı olacaq.

“Top ABŞ-ın meydanındadır. Vaşinqton ya atəşkəsə üstünlük verməli, ya da İsrail vasitəsilə müharibəni davam etdirmək yolunu seçməlidir”, – deyə o qeyd edib.

Nazir vurğulayıb ki, regionda gərginliyin daha da artması genişmiqyaslı nəticələrə səbəb ola bilər və bu, yalnız Yaxın Şərq üçün deyil, qlobal təhlükəsizlik baxımından da ciddi risklər yaradır.

Onun fikrincə, beynəlxalq ictimaiyyət də prosesə daha fəal şəkildə qoşulmalı və münaqişənin siyasi yollarla həllinə dəstək verməlidir.

Tahir Turan
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью