Əraqçi: ABŞ ciddi səhvlərə yol verir, KONKRET

13.08.2026

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı açıqlamalarına münasibət bildirib.

KONKRET.az xəbər verir ki, Əraqçinin sözlərinə görə, ABŞ kəşfiyyat məlumatlarının uğursuzluğu səbəbindən uzun müddətdir ciddi səhvlərə yol verir.

“Bunun bariz nümunəsi İrana qarşı müharibədir. İndi isə Hörmüz boğazı məsələsində daha ciddi səhvin şahidi oluruq”, – deyə İran XİN rəhbəri bildirib.

Əraqçi Vaşinqtonun açıqlamalarına ehtiyatla yanaşmağa çağırıb və etibarsız kəşfiyyat məlumatlarının saxta xəbərlərdən belə daha təhlükəli ola biləcəyini vurğulayıb.

“Saxta xəbərlərdən daha pis olan yalnız etibarsız kəşfiyyat məlumatlarıdır. Ehtiyatlı olun”, – deyə Əraqçi qeyd edib.

Natiq Səlim,
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью