Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
İranın xarici işlər naziri Abbas Əraqçinin bu gün ABŞ-da İran və ABŞ arasında vasitəçilik edən şəxslərlə görüşməsi planlaşdırılır.
Turkustan.az xəbər verir ki, görüşdə əsas müzakirə mövzularından birinin Hörmüz boğazının açılması ilə bağlı İranın şərtləri olacağı gözlənilir.
İran Tələbələri Xəbər Agentliyinin (ISNA) məlumatına görə, Əraqçi Qətərli vasitəçilərlə görüş keçirəcək.
Əraqçi daha əvvəl İranın Hörmüz boğazının açılması ilə bağlı ABŞ tərəfinə təqdim etdiyi şərtlərə hələ cavab almadığını və Vaşinqtonun mövqeyini gözlədiklərini bildirib.
Məlumata görə, Qətərli vasitəçilərin ABŞ-ın İranın şərtlərinə cavabını Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyətinə çatdırması gözlənilir.
Aytən Yaşar/ Turkustan.az