Əraqçı: ABŞ ilə danışıqlarda hər şey qarşı tərəfdən asılıdır

20.02.2026

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"İranın nüvə dosyesi ilə bağlı danışıqlarda əsas məsələ artıq tamamilə ABŞ-nin ixtiyarındadır".

Oxu.Az xəbər verir ki, bunu "MS Now" telekanalına müsahibəsində İranın xarici işlər naziri Abbas Əraqçı bildirib.

"Hər şey qarşı tərəfdən asılıdır", - deyə nazir qeyd edib.

Xatırladaq ki, Omanın vasitəçiliyi ilə keçirilən İran-ABŞ danışıqlarının ikinci raundu fevralın 17-də başa çatıb. Hər iki tərəf dialoqda irəliləyiş olduğunu bəyan edib. Lakin bir neçə nüfuzlu media orqanları özəl mənbələrinə istinadən ABŞ-nin yaxın günlərdə İrana zərbələr endirəcəyini bildiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью