Yeniavaz saytına istinadən Icma.az xəbər verir. “İran və ABŞ hələ də İranın nüvə proqramı ətrafında fikir ayrılıqlarını həll etmək üçün razı
Yeniavaz.com xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi sosial şəbəkə hesabında paylaşım
“Media İran və ABŞ arasında gözlənilən razılaşma ilə bağlı fərziyyələr aparır. Mən razılaşmanın əldə edildiyini deyə bilmərəm.
İran səmimi şəkildə bütün tərəflərin maraqlarına cavab verəcək diplomatik həll yolu axtarır.
Amma bu məqsədə çatmaq üçün bütün sanksiyaları tamamilə ləğv edəcək və İranın dinc nüvə enerjisinə, o cümlədən uranın zənginləşdirilməsinə dair hüquqlarını qoruyacaq bir razılaşma lazımdır.
Razılığa gedən yol mediadan yox, danışıqlardan keçir”, - Əraqçi deyib.
Xatırladaq ki, bundan əvvəl CNN məlumat verib ki, Vaşinqton və Tehran yaxın vaxtlarda nüvə proqramı ilə bağlı saziş bağlaya bilər.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.