Əraqçi ABŞ və İran heyətlərinin görüş vaxtını AÇIQLADI

15.06.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İran nümayəndə heyətlərinin iyunun 19-da Cenevrədə görüşə biləcəyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Trend" agentliyi məlumat yayıb.

İran xarici siyasət idarəsinin rəhbəri bu diplomatik görüşün əhəmiyyətini vurğulayaraq bildirib: "Çox güman ki, cümə günü İsveçrədə nümayəndə heyətləri rəhbərlərinin görüşü keçiriləcək və bununla bağlı rəsmi razılaşma imzalanacaq".

Əraqçinin sözlərinə görə, memorandum imzalandıqdan dərhal sonra danışıqların növbəti mərhələsinin birinci fazasına start veriləcək. Nazir həmçinin rəsmi görüşdə İran nümayəndə heyətinə ölkə Parlamentinin sədri Məhəmməd Bağır Qalibafın rəhbərlik edəcəyini diqqətə çatdırıb.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью