Əraqçi Ağ Evlə danışıq aparmaq üçün İslamabaddadır

25.04.2026

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın xarici işlər naziri Abbas Əraqçi ötən axşam İslamabada səfər edib.

Ölkə.az  “Pars Today”a xəbər verir ki, İranın xarici işlər naziri  Əraqçinin İslamabadda  həm Pakistan rəsmiləri, həm də ABŞ nümayəndə heyəti ilə görüşü keçirəcək.
Əraqçinin İslamabaddan sonra Oan paytaxtı Maskat və oradan isə Moskvaya səfər edəcək.
ABŞ nümayəndə heyətinin üzvləri  Stiv Uitkoff və Cared Kuşner şənbə günü İran nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün İslamabada getməyi planlaşdırır.
ABŞ Prezidenti Donald Tramp isə “Reuters”ə bildirib ki, İran ABŞ-ın tələblərini ödəmək üçün təklif verməyi planlaşdırır.

O, təklifin nə olacağını hələ bilmədiyini söyləyib. O, istənilən razılaşmanın İranın zənginləşdirilmiş urandan imtina etməsini və Hörmüz boğazından neftin sərbəst hərəkətinə icazə verməsini özündə ehtiva etməsində israr edir.
Tramp ABŞ ordusunun razılaşma əldə olunana qədər İran limanlarını blokadada saxlayacağına israr edib.

Blokadanı qaldırmaq üçün nəyin lazım olduğu soruşulduqda, Tramp belə cavab verib: "Bu suala daha sonra cavab verə bilərəm. Onların nə təklif etdiyini görməliyəm".

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью