Əraqçi: Birləşmiş Ştatlar təzminat ödəməlidir

31.07.2025

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nüvə danışıqlarına qayıtmaq üçün şərt ABŞ-nin İsraillə münaqişə zamanı İrana vurduğu ziyana görə təzminat ödəməsidir.

Yenisabah.az financial times-a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

Nazirin sözlərinə görə, ABŞ “danışıqlar zamanı niyə zərbələr endiriblər, bunu izah etməli və gələcək görüşlərdə bunu etməyəcəklərinə zəmanət verməlidir”. Dominos pizza

Bundan əvvəl Əraqçi "Le Monde"-a demişdi ki, danışıqların bərpası üçün başqa şərt ABŞ-ın İrana qarşı hərbi güc tətbiq etməməsidir.

İyulun 28-də XİN rəhbəri bildirib ki, kimin tələb etməsindən asılı olmayaraq, İran nüvə proqramından imtina etmək niyyətində deyil.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью