Əraqçı: “Danışıqların birinci mərhələsindən sonra irəliləyiş olub”

22.06.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir gecədə başa çatan ilkin danışıqlardan sonra Amerika və İran nümayəndə heyətləri altmış gün ərzində yekun razılığa gəlməyi hədəfləyən yol xəritəsi üzərində razılığa gəliblər.

Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə Vaşinqton və Tehran arasında vasitəçilik edən Pakistan və Qətər hökumətlərinin birgə bəyanatında deyilir. Sənəddə vurğulanır ki, beləliklə, bu həftə İsveçrədə davam edəcək yeni texniki müzakirələrin dərhal başlanması üçün zəmin yaranıb.

Vasitəçilər həmçinin izah ediblər ki, Hörmüz boğazında kommersiya gəmilərinin təhlükəsiz keçidini təmin etmək məqsədilə insidentlərin və kommunikasiya problemlərinin qarşısını almaq üçün tərəflər arasında rabitə xətti yaradılıb.

Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçı da danışıqların birinci mərhələsindən sonra əsas irəliləyişin olduğunu bildirib.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью