Əraqçi Davosa getsə, cinayət məsuliyyətinə cəlb oluna bilər

19.01.2026

Icma.az bildirir, Unikal.az portalına istinadən.

İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi əgər bu həftə Davos sammitinə gedərsə, ona qarşı cinayət işi İsveçrə prokurorluğuna təqdim ediləcək.

"Unikal" xəbər verir ki, bunu beynəlxalq hüquqşünas və "UN Watch" təşkilatının icraçı direktoru Hillel Neuer özünü X hesabında yazıb. 

O, Abbas Əraqçini İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının minlərlə etirazçının öldürülməsinə səbəb olan və insanlığa qarşı cinayət təşkil edən qərarlarında iştirak etməkdə ittiham edib. Beynəlxalq vəkil Abbas Əraqçiyə müraciətində yazıb: "Həbs olunmağı, mühakimə olunmağı və ədalətin bərpa olunmasını gözləyin".

Bundan əvvəl ABŞ-dən olan respublikaçı senator Lindsi Qraham Əraqçinin Dünya İqtisadi Forumuna dəvət olunmasını Hitlerin dəvət olunması ilə müqayisə edib. 

Ağarza Elçinoğlu 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью