Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.
İran ABŞ-nın hücumuna məruz qalacağı təqdirdə Tehranın “ədalətli və qanuni” cavab verəcəyinə heç kəsin şübhəsi olmasın.
Reyting.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı “CBS News” telekanalına müsahibəsində deyib.
O, bu halda Birləşmiş Ştatların mümkün zərbəsinin təcavüz aktı, İranın cavabının isə özünümüdafiə hərəkəri olacağını vurğulayıb: “Əgər ABŞ hücum edərsə, bizim özümüzü müdafiə etməyə tam haqqımız var”.
ELÇİN