Əraqçi İran Dövlət Televiziyasına üsyan etdi: "Bunu göstərin də!"

24.07.2026

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


"Mən Fox News, CNN və başqaları ilə əyləşib kəskin mübarizə apardım, cavablarını verdim. Deyirdim ki, axşam Dövlət Televiziyası bunu yayımlayar, "əhsən, gör xarici işlər nazirimiz necə danışır",- deyərlər. Amma sanki heç nə olmayıb.

"Bakupost" xəbər verir ki, bunu İran XİN başçısı Abbas Əraqçi bildirib.

O, müsahibələrinin heç birini İran Dövlət Televiziyasının yayımlamadığını qeyd edib:

"Niyə? Ən çox bəyəndikləri iki cümləni altyazı verib keçirlər, vəssalam. Göstərin də xarici işlər naziri nə iş görüb! Bəqai (XİN sözçüsü) mütəmadi olaraq müsahibə verib, digər müavinlərim hər tərəfə gedib danışıblar...", - deyə, İran xarici işlər naziri Abbas Əraqçı kəskin narazılığını bildirib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью