Əraqçi: İran və ABŞ yalnız nüvə proqramı ilə bağlı danışıqlar aparır

23.02.2026

Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Tehran və Vaşinqton başqa məsələləri müzakirə etmirlər”

“Tehran və Vaşinqtonun danışıqları hazırda yalnız İranın nüvə proqramına yönəlib və tərəflər başqa məsələləri müzakirə etmirlər”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İran xarici işlər naziri Abbas Əraqçi deyib.

"Hazırda yalnız nüvə məsələləri üzrə danışıqlar aparırıq, digər mövzular üzrə yox", - deyə o jurnalistin bu məsləhətləşmələrin İranın raket proqramı və Tehranın regiondakı müxtəlif qüvvələrə dəstəyini xüsusi olaraq əhatə edib-etmədiyi barədə sualına cavab olaraq deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью