Əraqçı: “İranın hədəfi qonşu ölkələr deyil, ABŞ dir“

26.07.2026

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

İran qonşu Yaxın Şərq ölkələrini düşmən hesab etmir və onun fəaliyyəti yalnız ABŞ-yə qarşı yönəlib.

Moderator.az xəbər verir ki, bu barədə TASS agentliyinə müsahibəsində İranın xarici işlər naziri Abbas Əraqçı bildirib.

"Regional səviyyədə ümumi anlayış var ki, İranın atdığı addımlar region ölkələrinə qarşı düşmənçilikdən irəli gəlmir. Bu addımlar bütün tərəflərin bildiyi və anladığı başqa səbəblərlə bağlıdır", - deyə Əraqçı bildirib.

İran XİN rəhbəri xüsusi vurğulayıb ki, münaqişə başa çatdıqdan sonra Tehran qonşu dövlətlərlə dialoqu davam etdirmək və qarşılıqlı etimadı bərpa etmək niyyətindədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью