Əraqçi İranın məqsədini AÇIQLADI

03.11.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

İranın məqsədi regionda yeni təhlükəsizlik mexanizmlərinin yaradılmasıdır.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsində Qətərin “Əl-Cəzirə” telekanalına verdiyi müsahibəni şərh edərkən deyib.

O bildirib ki, müsahibəsində İranın Fars körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrlə heç bir düşmənçiliyinin olmadığını vurğulayıb.

“Qətər və Omanın müsbət rolunu yüksək qiymətləndiririk və Səudiyyə Ərəbistanı ilə dialoqumuzu davam etdiririk”,-XİN rəhbəri bildirib.

Əraqçi əlavə edib ki, İranın məqsədi region ölkələrinin özləri tərəfindən, xarici hərbi qüvvələrin iştirakı olmadan yeni regional təhlükəsizlik mexanizmlərinin yaradılmasına nail olmaqdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью