Əraqçi İranın mümkün münaqişəyə hazır olduğunu bildirib

01.02.2026

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İran 2025-ci ildə ABŞ və İsraillə qarşıdurmadan ciddi dərslər çıxarıb və mümkün münaqişəyə yüksək səviyyədə hazırdır.
APA xəbər verir ki, bunu İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi "CNN" telekanalına müsahibəsində deyib.

“Biz 12 günlük müharibədən çox böyük dərs çıxardıq. Düşünürəm ki, kifayət qədər hazırlıqlıyıq. Amma hazır olmaq müharibə istədiyimiz anlamına gəlmir. Biz müharibənin qarşısını almaq istəyirik,” – deyə nazir bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью