Əraqçi İslamabadda səfərdədir

23.06.2026

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İranın xarici işlər naziri Abbas Əraqçi çərşənbə axşamı Pakistanın paytaxtı İslamabada rəsmi səfər edib.

Redaktor.az xəbər verir ki, səfər İran Prezidenti Məsud Pezeşkianın Pakistana planlaşdırılan birgünlük rəsmi səfərinə hazırlıq məqsədi daşıyır.

Məlumata görə, Əraqçinin İslamabada gəlişi iki ölkə arasında yüksək səviyyəli danışıqların təşkili və gündəlikdə duran məsələlərin müzakirəsi üçün zəmin yaradır.

Tərəflər prezident səfəri çərçivəsində imzalanması nəzərdə tutulan sənədlər və regional gündəmdə yer alan məsələlər üzərində iş aparırlar.

Qeyd olunub ki, görüşlər zamanı ikitərəfli əməkdaşlığın inkişafı, iqtisadi əlaqələrin genişləndirilməsi və regional proseslərlə bağlı fikir mübadiləsinin aparılması gözlənilir.

Aminə ŞAHUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью