Əraqçi: Konvensiyada İranın Xəzərdəki payı məsələsi yoxdur

08.08.2026

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın İran parlamentində ratifikasiyası İranın mənafeyinə uyğundur.
Bizim.Media xəbər verir ki, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün İran prezidenti Məsud Pezeşkianın jurnalistlərlə təşkil olunan mətbuat konfransında deyib.
“Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya 2018 və 2019-cu illərdə o vaxtkı hökumət tərəfindən qərarın verilməsi məqsədilə İran parlamentinə göndərilib. Dörd sahilyanı ölkə sözügedən konvensiyanı qəbul edib. İranın bu konvensiyanı qəbul etməsi parlamentin ratifikasiyasından asılıdır”, - deyə o qeyd edib.
Əraqçi deyib ki, Rusiya kimi ölkələr bu konvensiyanın dərhal icra olunmasını istəyir.
İranlı nazir bildirib ki, sözügedən konvensiyada dənizdə İranın payı məsələsi irəli sürülmür. Bu məsələ ikitərəfli və üçtərəfli formatda müzakirələrə bağlıdır.
 

Əlavə edək ki, Xəzər dənizinin uzunluğu təxminən 1,2 min km, maksimal eni 466 km, minimum eni isə 204 km-dir. Dənizin sahil xəttinin uzunluğu təxminən 6,38 min km-dir. Dənizin ətrafında 5 sahilyanı ölkə - Azərbaycan, İran, Türkmənistan, Qazaxıstan və Rusiya yerləşir.


2018-ci il 12 avqustda Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin (Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan) 5-ci sammitində dövlət başçıları tərəfindən Xəzər dənizinin hüquqi statustu haqqında konvensiya imzalanıb.
Konvensiya 4 ölkənin parlamentində ratifikasiya olunsa da, indiyədək İran parlamentində ratifikasiya olunmayıb.
Xəzər dənizinin hüquqi statusu üzrə konvensiyada ölkələrin payı ölkələr arasında ikitərəfli razılaşma çərçivəsində həll olunması nəzərdə tutulub. (trend.az)
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью