Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
İranın xarici işlər naziri Abbas Əraqçi və Pakistanın ordu komandanı Asim Munir Fars körfəzindəki son hadisələri və bölgədə diplomatik həll yoluna nail olmaq səylərini müzakirə ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, telefon danışığı zamanı tərəflər regiondakı son hadisələri və mövcud vəziyyətin müxtəlif aspektlərini müzakirə ediblər. İranın xarici işlər naziri və Tehranla Vaşinqton arasında dialoqda vasitəçilik edən Pakistan Silahlı Qüvvələrinin komandanı həmçinin son diplomatik trendləri və siyasi həll yollarının irəliləməsi, eləcə də məsləhətləşmələr və əməkdaşlığın gücləndirilməsi üçün davam edən səyləri nəzərdən keçiriblər.