Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin baş naziri Benyamin Netanyahunu ABŞ administrasiyasını İsrailin maraqları naminə İranla müharibəyə cəlb etməkdə günahlandırıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı, Əraqçi “X” hesabında paylaşım edib.
“Netanyahu ivrit dilində İsrailin adından İrana qarşı müharibəyə başlamaq üçün ABŞ administrasiyasını necə aldatdığını açıq şəkildə öyünərək danışır.
Netanyahu ABŞ telekanallarında 1000 saat efir vaxtından istifadə etməklə Amerikanın qərarlarına necə təsir göstərdiyini açıq şəkildə gülərək danışır. O, ingilis dilində isə ABŞ prezidentinin liderliyini tərifləyir. İlan”, - deyə fikirlərini yekunlaşdırıb.
Bizim.Media