Əraqçı: Nüvə proqramı ilə bağlı danışıqlara hazırıq

04.01.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Biz İranın nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyə hazırıq. 2 ildən artıq 5+1 ölkələri ilə xoş niyyətlə danışıqlar apardıq. Nəhayət, bütün dünyanın diplomatiyanın nailiyyəti kimi qəbul etdiyi və alqışladığı razılığa gələ bildik.”

APA xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Seyid Abbas Əraqçi “CCTV China” telekanalına verdiyi müsahibəsində deyib

Əraqçi İranın hələ də nüvə proqramı ilə bağlı təxirə salınmadan konstruktiv danışıqlara getməyə hazır olduğunu deyib.

“Avropa ölkələri ilə danışıqların bir raundu keçirilib. Bu danışıqların ikinci raundu təyin olunub və yaxın iki həftə ərzində üç Avropa ölkəsi ilə də keçiriləcək.”, - deyə o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью