Əraqçi ölənlərin sayını açıqladı

23.01.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


İranın xarici işlər naziri Abbas Əraqçi ölkədəki iğtişaşlar zamanı itkilərin sayı barədə İran mediasının məlumatlarını təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında məlumat yayıb.
“Ölənlərin ümumi sayı 3117 nəfərdir”, - Əraqçi yazıb.
Nazirin sözlərinə görə, qurbanlar arasında mülki şəxslər və təhlükəsizlik qüvvələri olub. XİN rəhbəri həmçinin mağazalara, banklara, yaşayış binalarına və məscidlərə dəyən ziyan barədə statistika təqdim edib:
“ - 305 təcili yardım maşını və avtobus
- 24 yanacaqdoldurma məntəqəsi
- 700 market
- 300 şəxsi ev
- 750 bank
- 414 dövlət binası
- 749 polis bölməsi
- 120 Bəsic mərkəzi
- 200 məktəb
- 350 məscid
- 15 kitabxana
- 2 erməni kilsəsi
- 253 avtobus dayanacağı
- 600 bankomat
- 800 şəxsi avtomobil
- Ümumi ölənlərin sayı: 3117
- Mülki şəxslər və təhlükəsizlik qüvvələri: 2427
- Terrorçular: 690”.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью