Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranın xarici işlər naziri Abbas Əraqçi Qətər və Pakistanın vasitəçilik səylərinin davam etdiyini bildirib.
Əraqçi IRIB-ə verdiyi açıqlamada, hər iki ölkədən olan vasitəçilərin müxtəlif ideya və təklifləri tərəflərə çatdırmaqda davam etdiklərini deyib.
İranlı nazir mümkün diplomatik təşəbbüslərin qiymətləndirildiyini vurğulayıb.