Əraqçi Qırğızıstana yollanıb

23.07.2026

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

İranın xarici işlər naziri Abbas Əraqçi bu gün Qırğızıstana yola düşüb.

Abbas Əraqçinin rəhbərlik etdiyi İran nümayəndə heyəti Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

ŞƏT Xarici İşlər Nazirləri Şurasının iclası sabah Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью